Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər İran Vaşinqtonlarazılığa gəlməsə və raket proqramını davam etdirsə, ABŞ-ın İranaqarşı yeni zərbələr endirməsi mümkündür.
Trend xəbər verir ki, Trampbunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə əsasən, ABŞ Silahlı Qüvvələrinin İranın Fordo,Natanz və İsfahandakı nüvə obyektlərinə əvvəlki zərbələriolmasaydı, Yaxın Şərqdə vəziyyətin sabitləşməsi mümkün olmazdı.
"İran nüvə proqramını davam etdirməyə cəhd göstərə bilər.Onların həmin obyektləri bərpa etməsi uzun vaxt aparacaq, lakinəgər bunu bizimlə anlaşma əldə etmədən etməyə çalışsalar, biz bufəaliyyətləri də sıradan çıxaracağıq. Biz onların raketlərini çoxqısa müddətdə məhv edə bilərik," – Tramp qeyd edib.