Ukraynadakı müharibəyə son qoymaq üçün Amerika prezidenti, milyarder Donald Tramp çoxsaylı dövlət başçıları ilə görüşüb. Bu görüşlərdən biri də ukraynalı həmkarı Volodimir Zelenski ilə keçirilib. Bakıvaxtı.az "LeMonde.fr" ə istinadən bildirir ki, görüş zamanı 79 yaşlı iş adamı həyat yoldaşı Melaniya haqqında təəccüblü bir zarafat edib. Prezident Tramp həyat yoldaşının oğlu Barronla onunla müqayisədə daha yaxşı münasibətdə olmasından təəssüflənib :
"O, uşaqları sevir, yəqin ki, mən də daxil olmaqla hər kəsdən daha çox sevdiyi gözəl bir oğlu var. Mən bunu deməyə utanıram".
Qeyd edək ki, o bu barədə «People» jurnalına bildirib.
Aydın Baxış