AZ

İsrail “Iron Beam” lazer silahını təqdim etdi

BAKI, 12 dekabr. TELEQRAF

İsrail 2024-cü ildə rekord həddə, 15 milyard dollar dəyərində silah sataraq dünyanın səkkizinci ən böyük silah ixracatçısına çevrilib.

Teleqraf xəbər verir ki, bu barədə Foxnews" məlumat yayıb.

Bildirilir ki, ən böyük tələbat “Iron Dome” sisteminin raketlərinədir. Bu məhsulları əsasən Avropa ölkələri, o cümlədən Almaniya və Finlandiya alır. Hindistan, Tayland və Yunanıstan da müştərilər arasındadır. Hətta Mərakeş, BƏƏ və Bəhreyn kimi müsəlman ölkələri də İsraildən raketlər, dronlar və kibertəhlükəsizlik sistemləri alırlar.

Rekord satışlarla paralel olaraq İsrail yeni silahını “Iron Beam” lazer müdafiə sistemini təqdim edib. Bu silah yaxın məsafədən gələn raketləri, minaatan mərmilərini və dronları bir neçə saniyəyə məhv edir və hər bir hədəfin zərərsizləşdirilməsi cəmi 1-2 dollara başa gəlir.

Qeyd olunur ki, lazerin əsas üstünlüyü sürət və ucuzluqdur. İsrail alimləri bildirir ki, sistem artıq Hizbullah və İran tərəfindən atılan pilotsuz uçuş aparatlarına qarşı real döyüş şəraitində sınaqdan keçirilib.

Seçilən
119
teleqraf.com

1Mənbələr