Milli Məclis sədrinin müavini Rafael Hüseynova töhmət elan edilib.
Belə ki, VHP-nin Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) iclasında bildirilib ki, VHP üzvü olan deputatın iclasda aparıcılığından sui istifadə edərək partiya sədrinə qarşı bu cür davranışı nə etik, nə də siyasi baxımdan yolveriləndir: "Sabir Rüstəmxanlıya qarşı bu hörmətsizlik partiyanın parlamentdəki təmsilçisi olan Rafael Hüseynovun ciddi səhvidir və ona töhmət elan edilməsi barədə qərar qəbul edilib"./Modern.az