“Salyan Plastik Kütlə Emalı” ASC-nin dövlətə borcu yaranıb.
Pravda.az-ın xəbərinə görə, zavodun 16 067 vergi borcu var.
Borc bir neçə ay öncə, 40 000 AZN-dən artıq olub.
Hüquqi ünvanı Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 1 olan ASC-nin qanuni təmsilçisi Axundov Cabbar Əlibala oğludur. O, uzun illər Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışmış general-polkovnik Vaqif Axundovun qardaşıdır.