AZ

"Qarabağ" FK sığınacaqdakı həmin azyaşlı azarkeşlə görüşəcək

"Qarabağ" futbol klubu Qadın və Uşaq Sığınacağında qalan və "Qarabağ" – "Ayaks" (2:4) oyununu izləyən azyaşlı Əkbərlə görüşmək qərarına gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat sığınacaq tərəfindən paylaşılıb.

Bildirilib ki, klub nümayəndələri onlarla əlaqə saxlayaraq, yaxın günlərdə balaca azarkeşlə görüş təşkil olunacağını vurğulayıblar.

Sığınacaq paylaşımında belə qeyd olunub: "Əkbərimizə görə çox həyəcanlıyıq… O, "Qarabağ" FK futbolçuları ilə görüşəcək!"

Bundan əlavə, sosial şəbəkə istifadəçiləri də Əkbəri diqqətsiz qoymayıb - azyaşlıya sevdiyi klubun forması hədiyyə edilib.

Seçilən
27
far.az

1Mənbələr