AZ

ABŞ İrana yenidən hücum edə bilər

ABŞ İrana yenidən hücum edə bilər

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran rəhbərliyi Vaşinqtonla razılığa gəlməsə və raket proqramını davam etdirərsə, Birləşmiş Ştatlar yenidən hərəkətə keçə bilər.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib. O, vurğulayıb ki, Yaxın Şərqdə sülhün əldə olunması ABŞ-ın İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə zərbələrindən sonra mümkün olub.

ABŞ prezidenti qeyd edib ki, İran nüvə proqramını bərpa etməyə çalışa bilər: “Bərpası uzun vaxt alacaq, amma əgər bunu razılaşdırmadan edəcəklərsə, biz onu da məhv edəcəyik. Biz onların raketlərini çox sürətlə məhv edə bilərik”.

Qeyd edək ki, bu ilin iyun ayında ABŞ İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə zərbələr endirib.

Seçilən
29
afn.az

1Mənbələr