Azərbaycan Basketbol Liqasında IX turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.
İlk olaraq "Sumqayıt" və "Ordu" korta çıxacaq.
Matç Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayacaq.
Günün digər matçında NTD "Şəki" kollektivini qəbul edəcək.
Oyun "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.
Turun əvvəlki qarşılaşmalarında "Quba" "Lənkəran"ı (95:87), "Naxçıvan" isə "Sərhədçi"ni (90:74) məğlub edib.