AZ

Paytaxt salatınınZƏRƏRİ

Yeni il gecəsi süfrəsində insanlar tez-tez müxtəlif yeməkləri bir arada qəbul edirlər.  Dietoloq və nutri­sioloq Sofya Kovanova isə bu qarışığın bəzən sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, o, ən zərərli yemək kombinasiyasını aif.ru-ya  müsahibədə açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, ən ziyanlı birləşmə yeni il salatları - xüsusilə paytaxt salatı kimi ağır və kalorili salatlar - ilə alkoqolun birlikdə qəbulu hesab olunur. Kovanova bildirib ki, bu kombinasiyanın nəticəsində mədə-bağırsaq sistemi yüklənir, həzmsizlik və ağırlıq hissi yarana bilər.

Onun tövsiyəsinə görə, alkoqol daha çox meyvələrlə, yüngül tərəvəz salatları ilə uyğun gəlir və ya ümumiyyətlə ayrıca qəbul edilməlidir. Dietoloq alkoqolu limonlu su ilə 1:1 nisbətində içməyi məsləhət görür: “Bir stəkan şampanın yanında bir stəkan limonlu su içmək daha təhlükəsizdir”.

Kovanova insanların yeni il süfrəsində yüngül və balanslı seçimlərə üstünlük verməsinin sağlamlıq baxımından daha doğru olacağını bildirib.

Aytəkin TOFİQQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr