AZ

Gədəbəydə vəzifəli şəxsə müqavimət göstərənə yenidən hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma, qanunsuz olaraq odlu silah saxlama, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən Elman Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 18 iyul 2021-ci il tarixdə saat 17 radələrində Gədəbəy rayonu, Şəkərbəy kəndindəki çayxanada qeydə alınıb. Belə ki, Elman Cəfərov mübahisə zamanı həmkəndlisi zərərçəkmiş Elburus Hüseynovun sifət nahiyəsinə qəsdən yumruqla vuraraq ona xəsarət yetirib. Bundan başqa, o, Gədəbəy RPŞ əməkdaşları tərəfindən saxlanılarkən odlu silahla müqavimət göstərib. Polis əməkdaşlarının çevikliyi nəticəsində silahlı müqavimət cəhdinin qarşısı alınıb. Daha sonra Elman Cəfərovun yaşadığı evdən döyüş sursatları aşkar edilərək götürülüb.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı şifahi vəsatətlə çıxış edib. O bildirib ki, cinayət işini materiallarından məlum olur ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cinayət Prosessual Məcəlləsinin 391.8.6, 391.8.7 və 391.8.8-ci maddələrinin tələbləri kobud şəkildə pozulub. Ona görə də, o, məhkəmə kollegiyasından qanuna müvafiq qərar qəbul edilməsini, yəni birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi, cinayət işinin birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsini xahiş edib. Qərara əsasən, apellyasiya şikayətinə baxılmasına xitam verilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, cinayət işi birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına göndərilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib.


Kamal Məmmədov 

Tarix: 12 Dekabr 2025, 09:22   
Seçilən
51
pravda.az

1Mənbələr