Yazını böyüt
Yazını kiçilt
ABŞ hökuməti Ekvadorun "Los Çoneros" cinayətkar qrupunun lideri, "Çurron" ləqəbli Fransisko Manuel Bermudes Kaquanın həbsinə səbəb olacaq məlumat üçün 5 milyon dollar mükafat elan edib.
Hafta.az xəbər verir ki, pul mükafatı ABŞ Dövlət Departamenti tərəfindən təsis edilib.
Məlumata görə, "Çurron" narkotik və silah qaçaqmalçılığı dəstəsinə rəhbərlik etməkdə ittiham olunur.
İyun ayında o və dəstəsi Nyu-Yorkda kokainin idxalı və paylanması, eləcə də narkotik qaçaqmalçılığını dəstəkləmək məqsədilə odlu silah saxlamaqda ittiham olunublar. /"RİA Novosti"/
