AZ

Tayland–Kamboca sərhədində toqquşmalar: Baş nazir Tramp ilə danışacaq- ÖZƏL

Taylandın Baş naziri Anutxin Çanvırakun bildirib ki, bu gün saat yerli vaxtla 17:20-də ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparacaq. Danışıq Tayland-Kamboca sərhədindəki gərgin vəziyyətə həsr olunacaq. Olaylar.az xəbər verir ki, məlumat The Nation qəzetində yayımlanıb. Baş nazirin sözlərinə görə, Tramp bölgədəki real durum barədə məlumatlandırılacaq, lakin bütün qərarlar Tayland hökuməti tərəfindən veriləcək:
"Biz prezident Trampı hazırkı vəziyyət barədə məlumatlandıracağıq, amma qərarları Tayland hökuməti verəcək. Silahlı qüvvələri dəstəkləyirik və onlara əməliyyatlar üçün tam səlahiyyət vermişik." 7 dekabr tarixindən etibarən Tayland-Kamboca sərhədində atışmalar başlayıb. Tayland Krallıq Ordusu məlumat verib ki, Kamboca qüvvələri bazar ertəsi səhər saatlarında sərhəd zonasında Tayland mövqelərini artilleriya atəşinə tutub. Cavab olaraq Tayland Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna zərbələr endirib. Taylandın quru qoşunları əlavə edib ki, Kamboca bazar ertəsi və çərşənbə axşamı Tayland ərazisini BM-21 yaylım atəş sistemlərindən və dron-kamikadzelərdən istifadə etməklə vurub. Tayland tərəfi cavab atəşi açaraq mühüm ərazilərə nəzarəti bərpa etməyə və qarşı tərəfə zərər vurmağa çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr