AZ

QHT sədrindən Heydər Əliyevin anım günü ilə bağlı açıqlama

Xalqımız 12 dekabr - Ulu Öndər Heydər Əliyevin anım gününü böyük ehtiram, el məhəbbəti və dərin minnətdarlıq hissi ilə qeyd edir.

Bu fikirləri “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a verdiyi açıqlamada bildirib. Esmira Rəhimovanın sözlərinə görə, tarixə adını əbədi həkk etmiş nadir şəxsiyyətlərdən olan Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir:

"Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar olur. Eyni zamanda həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi bir məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olmuşdur". 

Onun sözlərinə görə, Heydər Əliyev ideologiyasının təbliği və yaşadılması prosesində vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük məsuliyyət düşür:

"Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və onun yaxın silahdaşı Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir. Bu məqamda qeyd etmək yerinə düşər ki, bu ideologiyanın təbliğində vətəndaş cəmiyyəti institutlarının üzərinə də böyük məsuliyyət düşür. Azərbaycanda QHT-lərin fəaliyyəti üçün olduqca demokratik və leqal əsaslar formalaşdırılıb, bu istiqamətdə zəngin qanunvericilik bazası mövcuddur. Milli maraqlar və dəyərlər əsasında fəaliyyət göstərən QHT-lər vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfələr verməklə yanaşı, ictimai münasibətlər kontekstində inteqrasiyanı sürətləndirməyə nail olmağa çalışırlar."

Seçilən
20
qht.az

1Mənbələr