AZ

Türkiyədə narkotik əməliyyatı- 110 nəfər həbs olunub

Türkiyənin 29 əyalətində aparılan narkotik əməliyyatlarında 110 nəfər həbs olunub.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edib.

"Aparılan əməliyyatlar çərçivəsində 1 ton 628 kiloqram narkotik və 750.238 narkotik həbi müsadirə etdik və insanlara paylanmasının qarşısını aldıq. 345 şübhəlidən 110 nəfər isə həbs edildi. Onlardan 59-na məhkəmə nəzarəti tədbirləri tətbiq edilib və digərləri üçün məhkəmə prosesi davam edir",-nazir qeyd edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr