AZ

Toyda qapını saxlamayan qonaqÖLDÜRÜLDÜ

Başqırdıstan sakini toy zamanı qapını saxlamaqdan imtina edən qonağı döyərək öldürüb.

Redaktor.az bu barədə Mash Batash Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Rüstəm həyat yoldaşı və uşaqları ilə birlikdə qardaşının toyuna gedib. Səhər onlar məscidə baş çəkib, daha sonra isə kafedə keçirilən mərasimdə iştirak ediblər.

Tədbir bitəndən sonra çıxış zamanı Rüstəm qonaqlardan birindən qapını saxlamasını xahiş edib. Nişanlı tərəfdən olan qonaq isə “mən qapıçı deyiləm” deyə cavab verib. Bu sözlər arasında dava salıb. Münaqişə zamanı qonaq yıxılaraq başı ilə asfalta çırpılıb və hadisə yerində keçinib.

Hadisəyə görə Rüstəmə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsi (“Ehtiyatsızlıqdan adam öldürmə”) üzrə 1,5 il məhkumluq cəzası verilib.

Aytəkin TOFİQQIZI

Seçilən
53
1
redaktor.az

2Mənbələr