AZ

Zelenski qoşunları çıxarmaqdan imtina etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Ukrayna münaqişəsinin həlli planı çərçivəsində qoşunları Donetsk vilayətindən çıxarmaqdan yenidən imtina edib.

Ukrayna lideri bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Bizim iki əsas razılaşdırılmamış mövqeyimiz var: bunlar Donetsk vilayəti və Zaporojye Atom Elektrik Stansiyasıdır. Müzakirə etməyə davam etdiyimiz iki mövzu bunlardır”, – deyə o söyləyib.

Xatırladaq ki, ABŞ-nin təklif etdiyi sülh planında Ukrayna qoşunlarının Donetsk vilayətinin qalan hissəsindən çıxarılmasına dair müddəalar yer alıb.

"Cebheinfo.az" 

Seçilən
33
cebheinfo.az

1Mənbələr