Beynəlxalq aləmdə problemlərin həlli yollarının axtarışında bütün ölkələrin fikirləri nəzərə alınmalıdır...
Poliqon xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Sülh və Etimad İli forumunda deyib.
Putin qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı 2025-ci ili Sülh və Etibar İli elan edib.
BMT öz mandatını ləyaqətlə yerinə yetirməkdə davam edir və faktiki olaraq beynəlxalq maraqlar tarazlığını təmin edən və bütün ölkələrin mövqe və fikirlərini nəzərə almaqla mürəkkəb problemlərin razılaşdırılmış həll yollarını tapan yeganə mexanizmdir, deyə o vurğulayıb.
Poliqon.info