AZ

"Rubl 10% ucuzlaşa bilər"

2026-cı ilin birinci rübündə Rusiya Mərkəzi Bankının valyuta satışlarını azaltması rublun təxminən 10% dəyərdən düşməsinə səbəb ola bilər.

FED.az verir ki, bu barədə “Eyler” investisiya şirkətinin analitikləri hesablayıblar.

Onların proqnozuna görə, fevralın sonuna dolların məzənnəsi 85 rubl, yuanın məzənnəsi isə 12 rubl səviyyəsində olacaq. Bu qiymətləndirmələr şirkətin icmalında yer alıb.

“Dəfələrlə qeyd etdiyimiz kimi, Mərkəzi Bank daxili valyuta bazarının ən böyük oyunçularından birinə çevrilib. Hesablamalarımıza görə, 2026-cı ilin yanvarında Mərkəzi Bankın valyuta satışlarının həcmi nəzərəçarpacaq dərəcədə azalacaq və bu da bazarı əks istiqamətə çəkəcək. Bu isə, bizim fikrimizcə, gələn ilin əvvəlində rublun ucuzlaşmasına səbəb olacaq”, — analitiklər bildirirlər.

Analitiklərin yazdığına görə, Rusiya neftinin qiymətinin düşməsi və endirimlərin əhəmiyyətli dərəcədə genişlənməsi də müəyyən vaxt gecikməsi ilə rubla təsir göstərə bilər.

Bununla yanaşı, investisiya şirkəti qeyd edir ki, 2026-cı il üzrə məzənnə proqnozu üçün əsas risk amili geosiyasi fon olacaq. Ukrayna üzrə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunarsa, bu, qısamüddətli perspektivdə rublun möhkəmlənməsinə gətirib çıxara bilər.

Bundan əvvəl “Sber” ekspertləri 2026-cı ilin birinci rübünün sonu üçün dollar məzənnəsi ilə bağlı öz gözləntilərini bölüşüblər:

- baza ssenarisində dolları 88 rubl,

- optimist ssenarisində isə 83 rubl səviyyəsində proqnozlaşdırırlar.

“Aton” analitikləri isə 2026-cı ildə dolların orta illik məzənnəsinin təxminən 90 rubl olacağını gözləyirlər. (Marja)

Seçilən
18
3
fed.az

4Mənbələr