AZ

AİB Azərbaycanın iştirakı ilə özəl sektorun inkişafı üzrə regional layihəni nəzərdən keçirir

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) özəl sektorun inkişafı sahəsində yeniregional texniki yardım təşəbbüsünü nəzərdən keçirir.

Trend bu barədəAİB-ə istinadla məlumat verir.

Özəl sektorun inkişafı: kapital bazarlarında islahatlar,resursların səmərəli bölgüsü və şirkətlərin inkişafı" adlanantəşəbbüs Əfqanıstan, Ermənistan, Azərbaycan, Banqladeş, Butan,Bruney-Darülsəlam, Kamboca, Kuk adaları, Fici, MikroneziyaFederativ Ştatları, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan,Qırğızıstan, Kiribati, Laos, Malayziya, Maldiv adaları,Monqolustan, Myanma, Nauru, Nepal, Niue, Pakistan, Palau, Filippin,Papua–Yeni Qvineya, Çin, Marşall adaları, Samoa, Solomon adaları,Şri-Lanka, Tacikistan, Tailand, Timor-Leşte, Türkmənistan, Tonqa,Türkiyə, Tuvalu, Özbəkistan, Vanuatu və Vyetnam da daxil olmaqla40-dan çox ölkəni əhatə edir.

Təklif olunan texniki yardım AİB-in Xüsusi Texniki YardımFondundan ayrılan 250 min ABŞ dolları hesabınamaliyyələşdiriləcək.

Bu təşəbbüs kapital bazarlarında aparılan islahatların vəqabaqcıl rəqəmsal texnologiyaların tətbiqinin şirkətlərin vəümumilikdə özəl sektorun inkişafına təsirinin öyrənilməsinəyönəlib.

Layihənin ilk mərhələsində iflas mexanizmləri və yerli valyutabazarlarında aparılan islahatların şirkətlərin maliyyələşməyəçıxışı və inkişaf dinamikasına necə təsir etdiyini göstərən yeni vədetallı məlumatların toplanması nəzərdə tutulur. Müxtəlifölkələrdən əldə ediləcək məlumatlar əsasında aparılacaq tədqiqatbelə islahatların maliyyə və maddi resursların qeyri-səmərəlibölgüsünün azaldılmasına, eləcə də inkişaf etməkdə olan AİB üzvölkələrinə daha çox özəl kapital cəlb edilməsinə hansı dərəcədəkömək etdiyini daha yaxşı anlamağa imkan verəcək.

İkinci mərhələ kiçik və orta sahibkarlığın inkişafına və süniintellekt, avtomatlaşdırma, bulud xidmətləri və irihəcmliməlumatlar kimi qabaqcıl rəqəmsal texnologiyaların tətbiqinəfokuslanacaq. Təhlil Koreya şirkətləri arasında aparılacaqgenişmiqyaslı sorğulara əsaslanacaq. Həmçinin əməkqanunvericiliyinin texnologiyaların tətbiqinə təsiri vəmüəssisələrin mövcud maneələri aradan qaldırmasına hansı milli vəregional tədbirlərin yardım edə biləcəyi öyrəniləcək.

Seçilən
47
1
az.trend.az

2Mənbələr