Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 22 il keçir.
Publika.az xəbər verir ki, dövlət qurumlarının nümayəndələri, rəsmilər səhər saatlarından onun Fəxri xiyabandakı məzarını ziyarət edirlər.
Onların arasında Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev olub.