"İnter Mayami"nin hücumçusu Lionel Messinin transfer dəyəri bəlli olub.
Fanat.Az xəbər verir ki, "Transfermarkt"-ın tranbsfer qiymətini yenilədiyi superulduzun dəyəri xeyli aşağı düşüb.
Argentinalı futbolçu əvvəllər 18 milyon avroya başa gəlirdisə, indi məbləğ 15 milyon avrodur.
Messinin ən yüksək dəyəri 2018-ci ildə olub - 180 milyon.
38 yaşlı Leo ötən mövsüm 34 matçda 35 qol vurub və 15 məhsuldar ötürmə edib.
"İnter Mayami" mövsümü çempion başa vurub.