AZ

Azərbaycanda sabiq icra başçısı vəfat etdi - FOTO

Azərbaycanda sabiq icra başçısı vəfat edib.

Ölkə.Az xəbər verir ki, Ağsu rayonunun  sabiq icra başçısı Sərdar Əbdülmahmud oğlu Məmmədov dünyasını dəyişib.

Qeyd edək ki, S.Məmmədov 1945-ci ildə anadan olub. O, Azərbaycan Kommunist Partiyası Ağsu Rayon Komitəsinin birinci katibi (1990–1991) və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992) olub. O, həmçinin 12-ci çağırış Azərbaycan SSR Ali Sovetinin üzvü (1990–1995) olub.

S.Məmmədovun 80 yaşı var idi. Onun ölüm səbəbi açıqlanmayıb.

Allah rəhmət eləsin!

Billurə

Seçilən
8
olke.az

1Mənbələr