Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı açıqlama verib.
Deputat bildirib ki, 12 dekabr Azərbaycan xalqı üçün dərin ehtiram və xatirə günü olaraq dəyərləndirilir:
“Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın qəhrəman oğlu, ölkəmizi ağır və taleyüklü sınaqlardan çıxaran böyük dövlət xadimidir. Onun müasir Azərbaycanın qurulmasında göstərdiyi tarixi xidmətlər heç zaman unudulmayacaq".
Fəzail Ağamalı vurğulayıb ki, Heydər Əliyevin siyasi irsi bu gün də ölkənin inkişaf strategiyasının əsasını təşkil edir:
“Heydər Əliyev ideyaları Azərbaycan xalqını daim irəli aparan yol xəritəsidir. Biz bu gün Onun düşünülmüş siyasətinin bəhrələrini görürük. Xalqımız Ulu Öndərin ruhu qarşısında daim ehtiramla baş əyir".
Deputat Ulu Öndərin xatirəsini dərin hörmətlə yad edərək, Azərbaycan xalqına onun əziz xatirəsini yaşatmağın müqəddəs borc olduğunu qeyd edib.
Zeynəb Rzayeva
Əli Hüseynov