92 kq çəki dərəcəsində yarışan Azərbaycan boksçusu Alfonso Dominqes Birləşmiş Ərəb Əmirliklərində keçirilən boks üzrə dünya çempionatının yarımfinalında özbəkistanlı Turabek Habibullayevə məğlub olub.
Bizim.Media xəbər verir ki, bununla Dominqes çempionatın bürünc medalını qazanıb.
Daha əvvəl 92 kq-dan yuxarı çəki dərəcəsində yarışan azərbaycanlı Məhəmməd Abdullayev də bürünc medal qazanmışdı.
48 kq çəki dərəcəsində mübarizə aparan Sübhan Məmmədov isə Gürcüstan təmsilçisi Sahil Allahverdiyevə qalib gələrək finala çıxıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta