AZ

Beynəlxalq Sığorta Korporasiyası Orta Dəhliz üzrə KİAD layihəsini dəstəkləyib

Bakı. Trend:

İslam İnkişaf Bankı (IsDB) qrupuna daxil olan və şəriətnormaları əsasında fəaliyyət göstərən İslam İnvestisiya və İxracKreditlərinin Sığortalanması Korporasiyası (ICIEC) Türkiyədə yüksəkstandartlı Qars–Iğdır–Aralıq–Dilucu (KIAD) dəmir yolu layihəsininhəyata keçirilməsini dəstəkləmək məqsədilə suveren maliyyəöhdəliklərinin yerinə yetirilməməsi riskinə qarşı sığorta proqramıçərçivəsində 135 milyon avro həcmində sığorta təminatınıtəsdiqləyib.

Trend bu barədəİslam İnkişaf Bankına istinadən xəbər verir.

Bildirilib ki, Yaponiyanın ən böyük maliyyə qruplarından biriolan “Mitsubishi UFJ Financial Group”un (MUFG) Avropa bölməsi –"MUFG Securities EMEA plc" bütün transaksiyanın təşkilatçısıqismində çıxış edib və layihə üçün ICIEC tərəfindən təminat altınaalınan “murabaha” müqaviləsi strukturu hazırlanıb.

“KIAD dəmir yolu Türkiyənin 12-ci İnkişaf Planı (2024–2028)çərçivəsində flaqman infrastruktur layihələrindən biridir. Xəttinuzunluğu 223,9 kilometr təşkil edir və Qars şəhərindənTürkiyə–Azərbaycan sərhədindəki Dilucu sərhəd-keçid məntəqəsinəqədər uzanır. Bu yol Qars–Tbilisi–Bakı dəmir yolu dəhlizinə birbaşaçıxış təmin edir. Marşrut Qars və Iğdır vilayətlərinin əsasbölgələrinə xidmət göstərən beş stansiyanı əhatə edir və İpəkYolunun İqtisadi Kəmərinin mühüm seqmentinə çevrilərək, Asiya iləAvropa arasında yükdaşımalar üçün rəqabətli marşrut olan OrtaDəhlizin əhəmiyyətini daha da artıracaq.

Layihənin avtomobil daşımalarından yüklərin elektrikləşdirilmişdəmir yoluna yönləndirilməsi hesabına ciddi iqtisadi və ekolojitəsir göstərəcəyi gözlənilir. Proqnozlara görə, 2030-cu ilə kimibu, logistika xərclərinin təxminən 40 faiz azalmasına, təchizatzəncirlərinin səmərəliliyinin yüksəlməsinə və regional sahələrininkişafına dəstək olacaq. Tikinti mərhələsində maksimum yüklənmədövründə təqribən 3 000 işçi çalışacaq ki, bu da əlavə iqtisadiaktivliyi stimullaşdıracaq. Tam elektrikləşdirilmiş iki xətli dəmiryolu Türkiyənin iqlim hədəflərinə mühüm töhfə verəcək, hər il 498276 ton CO₂ emissiyasının azaldılmasını təmin edəcək və 95 faizenerji səmərəliliyinə nail olacaq ki, bu da KIAD-ı regionun ənekoloji nəqliyyat layihələrindən birinə çevirir”, – məlumatda qeydolunur.

İslam İnkişaf Bankının açıqlamasına əsasən, ICIEC-in başdirektoru doktor Xalid Xalafalla bildirib ki, bu stratejiinvestisiya korporasiyanın Türkiyədə və digər üzv ölkələrdədayanıqlı və yüksək səmərəli infrastrukturun dəstəklənməsinədəyişməz sadiqliyini əks etdirir.

“KIAD dəmir yolu regional əlaqəliliyi gücləndirir, daha təmiz vəsəmərəli nəqliyyat həllərini təşviq edir, həmçinin Asiya və Avropaarasında ticarət inteqrasiyasına xidmət göstərir. Bizim iştirakımızmaliyyələşdirən tərəflərin inamını artırır və bu transformativlayihənin icrasını sürətləndirməyə kömək edir”, – o qeyd edib.

Seçilən
42
az.trend.az

1Mənbələr