AZ

Azərbaycan 26-cı pillədə qaldı - “Qarabağ” yeniləndən sonra

Dünən başa çatan Avropa kuboklarında növbəti turun oyunlarından sonra UEFA-nın əmsallar reytinqində yenilənmə olub.

Sportinfo.az xəbər verir ki,Azərbaycanın mövqeyində dəyişiklik olmayıb.

“Qarabağ”ın Bakıda "Ayaks"a (Niderland) uduzması səbəbindən ölkəmiz xal toplaya bilməyib. Azərbaycan 22.250 əmsalla 26-cı pillədəki yerini qoruyub.

Ukrayna (23.256) 25-ci, Sloveniya (22.218) 27-cidir.

Reytinqə İngiltərə başçılıq edir (101,672 əmsal).

Seçilən
16
sportinfo.az

1Mənbələr