
Ermənistan Prezidenti Vahaqn Xaçaturyan Türkmənistanda iraqlı həmkarı Əbd əl-Lətif Camal Rəşid ilə görüşüb.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər Ermənistan-İraq ikitərəfli münasibətlərinin gündəliyi ilə bağlı geniş məsələləri müzakirə ediblər.
Məlumata görə, həmsöhbətlər regional təhlükəsizliyin, sülhün və sabitliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslər barədə fikir mübadiləsi apardılar.
Daşqın HəsənovMissiya.Az