AZ

ABŞ-da təbii qaz partlayışı nəticəsində altı nəfər xəsarət alıb

Kaliforniyada təbii qaz partlayışı nəticəsində altı nəfər xəsarət alıb və ərazidəki evlərə ziyan dəyib.

Alameda Yanğından Mühafizə İdarəsi San Fransisko Körfəzi Bölgəsindəki bir məhəllədə baş verən partlayışdan sonra yanğın baş verdiyini və bir neçə evə ziyan dəydiyini açıqladı.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, məlumatda əlavə olaraq partlayış nəticəsində altı nəfərin yaralandığı və başqa itkilərin olub-olmadığını müəyyən etmək üçün axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

 

Pacific Gas & Electric Co. partlayışın səhər tezdən tikinti briqadasının yeraltı təbii qaz xəttinə zərər verməsi nəticəsində baş verdiyini və tikinti briqadasının şirkətin işçiləri olmadığını bildirib.

 

Sosial mediada paylaşılan yaxınlıqdakı bir evdən çəkilən təhlükəsizlik kamerası görüntülərində qaz partlayışının təzyiqi səbəbindən alovun binaları sardığı və bəzi evlərdə pəncərələrin sındığı görünürdü.

QAZİLER.AZ

Seçilən
14
qaziler.az

1Mənbələr