AZ

İşğaldan azad edilən rayonda yeni evlər tikilir – Layihələndirilməsinə 2.7 milyon ayrıldı

Xocavənd şəhəri və kəndlərində fərdi evlərin layihələndirilməsinə 2.7 milyon sərf olunacaq

 

Xocavənd şəhəri və kəndləri (Heşan, Yenikənd, Güneyxırman, Quzeyxırman, Qarqar, Qırmızı bazar (bina), Xanoba, Azıx, Zoğalbulaq, Arakül, Edilli, Düdükçü) ərazisində fərdi evlərin layihələndirilməsinə 2 733 021 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, layihələndirmə xidmətini “Art Plus Design” MMC edəcək.

 

“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi və şirkət arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Yəni, “bir mənbə metodu” tətbiq olunub.

 

Cabir

Tarix: 12 Dekabr 2025, 11:04   
Seçilən
41
1
pravda.az

2Mənbələr