AZ

Ermənistan sərhəddə delimitasiya xəbərlərinə aydınlıq gətirdi

Ermənistan hakimiyyəti Azərbaycan-Ermənistan sərhədində delimitasiya işlərinin aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Olaylar.az xəbər verir ki, Ermənistanın baş nazirinin müavini Mger Qriqoryanın ofisi KİV-də gedən xəbərləri şərh edərək açıqlayıb ki, iki ölkənin nümayəndələri Zod qızıl yatağı ərazisində yerləşən sərhəd sahəsində birgə baxış keçiriblər.

Eyni zamanda ofis Azərbaycan və Ermənistan hərbçilərinin xəritələrlə bir neçə gündür sərhəddə delimitasiya işləri apardığına dair məlumatları təkzib edib. Rəsmi açıqlamada vurğulanıb ki, hazırda belə bir proses getmir və mediada yayılan bu tip iddialar reallığı əks etdirmir.

Rəsmi İrəvanın açıqlaması sərhədlə bağlı mövzuda spekulyasiyaların artdığı bir dövrdə diqqət çəkir. Qeyd olunur ki, tərəflər arasında təmaslar olsa da, bu, rəsmi delimitasiya prosesinin başlanması anlamına gəlmir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
olaylar.az

1Mənbələr