Bakı. Trend:
Azərbaycan Türkmənistanın BMT tərəfindən rəsmi şəkildə tanınanvə dəstəklənən daimi neytrallıq siyasətini yüksək qiymətləndirir vədərin hörmətlə yanaşır.
Trend-inməlumatına görə, bunu Azərbaycan Respublikasının Baş naziri ƏliƏsədov Aşqabadda “Beynəlxalq sülh və etimad ili (2025)”, BeynəlxalqNeytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinəhəsr olunan beynəlxalq forumun plenar iclasında deyib.
Baş nazirin sözlərinə görə, Türkmənistan bu kursu həyatakeçirdiyi 30 il ərzində inamlı şəkildə sübut edib ki, neytrallıqyalnız xarici siyasət mövqeyi deyil, həm də sülhə, təhlükəsizliyəvə davamlı inkişafa töhfə verən dəyişdirici bir qüvvə olabilər.
“Azərbaycan neytrallıqla bağlı Türkmənistan tərəfindən BMT-dəirəli sürülən qətnamələri daim dəstəkləmiş və “Beynəlxalq sülh vəetimad ili – 2025” qətnaməsinə həmmüəllif qismində qoşulub. Bizqardaş Türkmənistanın bu təşəbbüslərini qlobal sülh vətəhlükəsizlik arxitekturasına mühüm töhfə kimiqiymətləndiririk.
Azərbaycan Türkmənistanın BMT himayəsi altında NeytrallıqUniversitetinin yaradılması ilə bağlı təşəbbüsünü yüksəkqiymətləndirir və Universitetin işində fəal iştirak etməyəhazırlığını ifadə edir”, - deyə o vurğulayıb.
Ə.Əsədov xatırladıb ki, cari ilin iyun ayında BakıdaTürkmənistanın daimi neytrallığının 30 illiyinə və eyni zamanda“Beynəlxalq sülh və etimad ili”nə həsr olunan“Azərbaycan–Türkmənistan” beynəlxalq elmi-praktiki simpoziumukeçirilib.