AZ

Rusiyanın Tver şəhərinə dron hücumu olub, yaralılar var

Rusiyanın Tver şəhərində pilotsuz uçuş aparatının yaşayış binasına düşməsi nəticəsində 7 nəfər xəsarət alıb.

Xezerxeber.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu bölgə qubernatorunun səlahiyyətlərini icra edən Vitali Korolyov bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan biri uşaqdır, yaralılara xəstəxanada tibbi yardım göstərilir. Binanın sakinləri təxliyə olunub.

Seçilən
2
1
xezerxeber.az

2Mənbələr