Ukrayna qoşunlarını Donbasdan çıxarmağı nəzərdən keçirir, lakin bu, yalnız Rusiyanın da eyni addımı atacağı halda mümkün ola bilər.
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Ukrayna prezidentu Vladimir Zelenski Vaşinqtonun Donbasda Ukrayna və Rusiya mövqeləri arasında “azad iqtisadi zona” yaratmaq üçün təşəbbüs göstərdiyini təsdiqləyib. O deyib ki, ABŞ tərəfi Ukrayna qoşunlarının bölgəni tərk etməsini, bunun əvəzində isə Rusiya ordusunun həmin zonaya daxil olmamasını təklif edir. Zelenski ərazinin Rusiyaya verilməsinin mümkün olmadığını və Ukrayna xalqının iradəsinə zidd getməyəcəyini vurğulayıb, lakin danışıqlar qrupuna ABŞ təkliflərini “konstruktiv şəkildə” işləməyi tapşırıb.
Medianın məlumatına görə, Ağ Evin xüsusi elçisi Stiv Uitkov Kiyevdən bir sıra güzəştlər tələb edir və daha əvvəl Rusiyanın da iştirak etdiyi, Donbasda demilitarizasiya zonasını faktiki olaraq Rusiya ərazisi kimi tanıyan 28 maddəlik plan irəli sürülüb.
Ukrayna isə alternativ olaraq qarşılıqlı qoşun çıxarılması, ərazinin Ukraynada qalması və ABŞ təhlükəsizlik zəmanətləri üzrə paralel danışıqlar təklif edib.