AZ

Ançelotti “Qarabağ”ın futbolçusunu istəyir

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo qışda komandadan ayrıla bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb. 

Bildirilib ki, onun xidmətində “Botafoqo” klubu maraqlıdır. Bu komandanın baş məşqçisi Davide Ançelotti (Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu) Bikalyonu bəyənib və onu komandasında görmək istəyir. 

Qeyd edək ki, Pedro Bikalyonun “Qarabağ”la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir. O, Ağdam klubuna bu ilin yayında “Palmeyras”dan keçib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
11
qafqazinfo.az

10Mənbələr