AZ

6 ildən sonra olacaq Zelenskidən gözlənilən siqnal

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ukrayna ölkə seçkilərinə hazırlıq işlərində Avropa və ABŞ-ın mümkün iştirakını dəstəkləməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Əgər tərəfdaşlarımız seçki prosesini təhlükəsiz və ağlabatan müddət ərzində təşkil etməyimizə kömək edə bilsələr, mən bunu dəstəkləyəcəyəm”, – deyə o vurğulayıb.

Zelenski bildirib ki, ABŞ-dan gələn “siqnallar” fonunda o, parlament üzvlərindən müharibə dövründə seçkilərin keçirilməsinə imkan verən qanunvericilik düzəlişləri hazırlamağı xahiş edib.

9 dekabrda Zelenski Ukraynada prezident seçkilərinin keçirilməsinə müəyyən şərtlər daxilində razı olduğunu deyib.

Qeyd edək ki, sonuncu Ukrayna prezident seçkiləri rəsmi olaraq 2019-cu ildə keçirilib.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
globalinfo.az

1Mənbələr