AZ

Müğənninin ölümü ilə bağlı yeni detallar Prokuror danışdı

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyədə məşhur müğənni Güllünün ölümü ilə əlaqədar saxlanılanların sayı beşə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Güllünün qızı Tuğyan Ülkem Gülter, dostu Sultan Nur Ulu və daha iki nəfərlə birlikdə çamadanları ilə xaricə qaçmağa hazırlaşarkən İstanbulda saxlanılıb. Sultan Nur Ulunun atası Arif Ulu isə Kocaelinin Gebze rayonunda tutulub”, – deyə bildirilib.

Yalova Baş Prokuroru Duyğu Bayar Öksüz qeyd edib ki, istintaq zamanı mediaya sızdırılan TÜBİTAK hesabatı ilə bağlı məxfilik qərarı var və heç kim buna daxil ola bilməz.

Öksüz mediada çoxlu sayda yanlış məlumatların verildiyini və bunun ictimaiyyətdə yanlış təəssürat yaratdığını deyib:

“Amma biz əvvəldən sənətçi Güllünün ölümünün yıxılma və ya intihar olduğuna inanmırdıq. Saxlanılan şəxslər hələ danışmayıblar və hadisə ilə bağlı həqiqəti açıqlamayıblar”.

Günel Cəlil

Globalinfo.az  

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
globalinfo.az

1Mənbələr