AZ

Türkiyə sülh və vasitəçilik sahəsində dünyada öndə gedən ölkələrdən biridir - Ərdoğan

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə sülh və vasitəçilik sahəsində dünyada öndə gedən ölkələrdən biridir.

TurkicWorld xəbər verir ki,Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bu sözləri Türkmənistanın paytaxtı Aşqabatda keçirilən “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda çıxış edərkən bildirib.

Forumda danışan Ərdoğan, Türkmənistanın uğurlarını yaxından izlədiklərini qeyd edərək, “Türkmənistanın hər bir uğurundan qürur duyuruq, sevinirik” deyib. O həmçinin bu torpaqlarda olmaqdan məmnunluğunu ifadə edib.

Ərdoğan Türkmənistanın Milli Lideri Qurbanqulu Berdiməhəmmədovu təbrik edib, Tərəfsizlik Bayramı münasibətilə Türkmən xalqını ürəkdən təbrik edərək, Türkiyədəki 86 milyon vətəndaşın salamlarını çatdırıb. Prezident forumu, Türkiyənin də birgə təşkilatçısı olduğu BMT-nin 2025-ci il Beynəlxalq Sülh və Təhlükəsizlik İli çərçivəsində çox mənalı hesab etdiyini vurğulayıb.

Prezident Ərdoğan bildirib ki, Türkmənistan müstəqilliyini elan etdiyi dövrdən bəri böyük iqtisadi və humanitar inkişaf əldə edib və bu gün dünyanın ən sürətlə böyüyən iqtisadiyyatlarından birinə çevrilib.

“Şəhərləri, fabrikləri, məktəbləri və xəstəxanaları ilə Türkmənistan nümunəvi və müasir bir ölkəyə çevrilib” – deyə Ərdoğan bildirib.

Seçilən
14
turkic.world

1Mənbələr