AZ

Bu rayonlarda güclü duman var GÜNÜN HAVASI

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Dekabrın 12-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə əsasən, ölkə ərazisinin bəzi yerlərində gecə və səhər saatlarında yağıntılı hava şəraiti müşahidə olunub.

Düşən yağıntının miqdarı Lənkəran və Qəbələdə 5, Bakıda və Abşeron yarımadasında 3, Quba, Qusar, Qax və Şəkidə 2, Kəlbəcər, Göyçay, Zaqatala, Şahbuz, Oğuz, Altıağac, Sabirabad, Şirvan, Şamaxı, Şabran və Xaltanda 1 mm-dir.

Sumqayıt, Daşkəsən, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Zaqatala, Balakən, Qax, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Tərtər, Qusar, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
10
lent.az

10Mənbələr