Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Paytaxtın Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat qəzası zamanı yanğın yaranıb.
"Yeni Sabah" FHN-ə istinadla xəbər verir ki, “Volkswagen” və “Porsche” markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələyib.
Hadisə zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib. “Porsche”nin sürücüsündə çanaq sümüyünün sınığı müəyyən edildiyi üçün o, xəstəxanaya yerləşdirilib.
“Porsche” markalı avtomobilin sahibi bildirib ki, içkili olduğu üçün avtomobili ayıq sürücüyə həvalə edib. Lakin ayıq sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyi və əks istiqamətə çıxaraq hərəkət etdiyi bildirilir.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.