UEFA Avropa Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edən 6 komanda müəyyənləşib.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, Liqa mərhələsinin VI turundan sonra reallaşıb.
"Olimpik Lion" (Fransa), "Midyullann" (Danimarka), "Aston Villa" (İngiltərə), "Betis" (İspaniya), "Frayburq" (Almaniya) və "Ferentsvaroş"un (Macarıstan) ilk "24-lüy"ü tərk etməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, İlk 8 komanda birbaşa 1/8 finala, Liqa mərhələsini 9-24-cü yerlərdə başa vuranlar isə pley-offa vəsiqə əldə edəcəklər.
Liqa mərhələsinin son iki turu 2026-cı ilin yanvarında keçiriləcək.