AZ

“Azərbaycan və Ermənistan tezliklə yekun sülh sazişi imzalayacaqlar” - Tokayev

“Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanan müqavilələr Cənubi Qafqazda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdı”.

Missiya.Az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistanın paytaxtı Aşqabadda keçirilən "Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu"nda çıxışı zamanı deyib.

“Bizim fikrimizcə, Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması tarixi əhəmiyyət kəsb edir və bu, həm bu regionda, həm də ondan kənarda çoxtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Biz Cənubi Qafqazda sabitliyi təmin edən hərtərəfli sülh müqaviləsinin tezliklə bağlanmasına ümid edirik”, - deyə siyasətçi vurğulayıb.

Tokayev bildirib ki, Bakı və İrəvan tezliklə yekun sülh sazişi imzalayacaqlar.

Daşqın HəsənovMissiya.Az

Seçilən
23
3
missiya.az

4Mənbələr