AZ

Trampın gizli planı üzə çıxdı: Avropa şokda, 4 ölkə hədəfdə

ABŞ-ın Avropa İttifaqında (Aİ) siyasi tarazlığı kökündən dəyişdirmək üçün hərtərəfli strategiya hazırladığı iddia edilir.

Publika.az xəbər verir ki, bu barədə "Defense One" portalı məlumat yayıb.

Sızdırılmış gizli sənədə əsaslanaraq yayılan iddiaya görə, ABŞ prezidenti Donald Tramp administrasiyası "Avropanı Yenidən Böyük Et" adlı plan hazırlayır. Plan çərçivəsində Avstriya, İtaliya, Macarıstan və Polşanı Aİ-dən uzaqlaşdırmaq və onları Vaşinqtona yaxınlaşdırmaq hədəflənir.

Qeyd olunur ki, bu ölkələr Trampla yaxın əlaqələri olan liderlər tərəfindən idarə olunur. Əsas diqqət isə Macarıstanın Baş naziri Viktor Orban və Polşa Prezidenti Karol Navrotski ilə yaxın təmaslara yönəldilir.

Seçilən
23
2
publika.az

3Mənbələr