
Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının Rusiya aktivlərini dondurma qərarına etiraz edib.
Missiya.Az xəbər verir ki, o, bu barədə "X" sosial media hesabında yazıb."Bu qərar Avropa qanunlarını tapdalayır və Aİ-yə ziyan vuracaq",-deyə Baş nazir qeyd edib.
"Euractiv"in məlumatına görə, Aİ ölkələrinin əksəriyyəti Rusiya aktivlərini qeyri-müəyyən müddətə dondurmağa razıdır. Avropa Komissiyası dondurulmuş aktivlərdən əldə olunan gəliri Ukraynaya kredit maliyyələşdirilməsi üçün istifadə etməyi planlaşdırır.
Seyranə QuliyevaMissiya.Az