
Türkiyə və Azərbaycan qardaşlığının yenidən formalaşdırılmasında Ümummili Lider Heydər Əliyevin böyük rolu var.
Missiya.Az "Report"a isinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlmasında deyib.
"Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığı bir çox problemlərin həll edilməsinə, eləcə də onun müstəqilliyinin qorunması, iqtisadi-mədəni inkişafına böyük töhfələr verib. O qurucu bir liderdir. Bugünkü Azərbaycan böyük ölçüdə onun əsəridir", - səfir əlavə edib.
Birol Akgün Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını xatırladaraq qeyd edib ki, bu ifadə bizə böyük bir mirasdır.