AZ

Tokayevdən Xəzər dənizi ilə bağlı XƏBƏRDARLIQ

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizinin dayazlaşmasının geri dönməz hala gələ biləcəyi barədə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, Tokayev bu barədə Aşqabadda keçirilən "Sülh və etimad: davamlı gələcək üçün məqsədlərin birliyi" adlı plenar iclasda bəyan edib.

Tokayev Xəzərdəki vəziyyətə xüsusi diqqət ayırıb.

O xəbərdarlıq edib ki, regionun ekosisteminin hazırkı deqradasiya tempi ilə təhlükəli proseslər geri dönməz ola bilər və ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrin zəncirvari reaksiyasına səbəb ola bilər.
 

K.Tokayev xatırladıb ki, Qazaxıstan artıq Xəzər dənizi ekosisteminin dağılmasının qarşısını almaq üçün xüsusi dövlətlərarası proqramın hazırlanmasını təklif edib və dünya birliyini bu səyləri dəstəkləməyə çağırıb.


"Fikrimcə, su diplomatiyası sıx dövlətlərarası koordinasiya tələb edir", - deyə Prezident əlavə edib.

Bizim.Media

Seçilən
1
bizim.media

1Mənbələr