AZ

Səfir Birol Akgün : "Bugünkü Azərbaycan Heydər Əliyevin uzaqgörənliyinin nəticəsidir"

"Bugünkü Azərbaycan Heydər Əliyevin uzaqgörənliyinin nəticəsidir".

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Heydər Əliyev xüsusən müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi bir çox problemlərin həllində böyük dövlət xadimi kimi fərqlənib:

"O, ölkəsinin suverenliyinin, siyasi və iqtisadi inkişafının təməlini qoyan qurucu lider idi. Bugünkü güclü Azərbaycan əsasən onun uzaqgörənliyinin və səylərinin nəticəsidir.

Bizim baxışımdan nəzər yetirdikdə Heydər Əliyevin Türkiyə ilə Azərbaycan arasında tarixi qardaşlığın möhkəmləndirilməsində rolu da çox əhəmiyyətlidir. "Bir millət, iki dövlət" şüarını irəli sürən və bu anlayışı miras kimi miras qoyan lider Heydər Əliyevdir".

Seçilən
21
turkustan.az

1Mənbələr