Ukraynanın gələcəyini müəyyən edəcək kritik müzakirələrlə bağlı Prezident Zelenskidən təəccüblü bir açıqlama gəlib. Zelenski Donbasdan çəkilmə ilə bağlı xalqın birbaşa söz sahibi olacağı referendum keçirilə biləcəyini elan edib.
Zelenski bildirib ki, Ukrayna qoşunlarının Kiyevin nəzarəti altında qalan ərazilərdən çıxarılması məsələsi yalnız siyasətçilər tərəfindən deyil, birbaşa xalq tərəfindən qərar verilməlidir: "Bu, seçki və ya referendum formatında ola bilər, amma Ukrayna xalqının mütləq mövqeyi olmalıdır".
ABŞ-ın təklifinin Ukrayna qoşunlarının Donbasdan çıxması və silahsızlaşdırılmış zonanın yaradılması olduğunu deyən Zelenski, Vaşinqtonun bu ərazini kimin idarə edəcəyilə bağlı "format axtardığını" bildirib.
Zelenski Kiyevin təmas xəttinin qorunması tərəfdarı olduğunu bildirib və Ukraynanın geri çəkilməkdə maraqlı olmadığını vurğulayıb: "Bizim üçün ədalətli olan, olduğumuz yerdə, yəni hazırkı xətt üzrə qalmaqdır".
Lakin Moskva Ukrayna ordusunun Donbasdan tamamilə çıxarılmasında israr edir. Rusiya Prezidenti Putin bölgənin "tarixən Rusiyanın bir hissəsi" olduğunu iddia edir və Donbasın "hərbi və ya başqa şəkildə" geri alınacağını bəyan edərək gərginliyi daha da artırıb.
TAHİR