AZ

Mübariz Mənsimov Heydər Əliyevdən yazdı

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin əslın Azərbaycandan olan məşhur  iş adamı Mübariz Mənsimov mərhum prezident Heydər Əliyevin Anım günü ilə bağlı paylaşım edib.

Gununsesi.info həmyerlimisin həmin qeydini təqdim edir:

Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür. O, müstəqil Azərbaycanın əsasını qoyan böyük şəxsiyyətdir. Ulu Öndəri şəxsən tanımaq mənə də nəsib olub və bu, mənim üçün unudulmaz bir xatirədir.

Palmali üçün hər gəmi enişi və təntənəli günlərdə gəmilərimizin üzərində Böyük Liderin şəklinin yer alması ona olan münasibətin səmimi və təbii ifadəsi idi. Onun müəyyənləşdirdiyi yol nəticəsində böyük layihələrə imza atan, güclü və müasir Yeni Azərbaycan formalaşıb.

Ümummilli Lider Heydər Əliyevi hörmət və ehtiramla yad edirik. Allah rəhmət eləsin.

Hər zaman qəlbimizdəsən, Böyük Lider!

Günay Mahirqızı

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
116
icma.az

1Mənbələr