AZ

Ümumdünya Şəhərsalma Forumunun iclası keçirildi

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Ümumdünya Şəhərsalma Forumu – WUF13 üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri cənab Samir Nuriyev Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma fəaliyyətinin prioritet istiqamətlərdən biri olduğunu, ölkəmizin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi sistemli bərpa və quruculuq işlərinin yeni inkişaf modelini formalaşdırdığını qeyd edərək, WUF13-un 2026-cı ildə Bakıda keçirilməsinin Azərbaycanın bu sahədə etibarlı tərəfdaş kimi qazandığı nüfuzun göstəricisi olduğunu xüsusi vurğulayıb.

Gununsesi.info xəbər verir ki,  tədbirin təşkili məqsədilə görülmüş hazırlıq işləri — substantiv proqram, kommunikasiya, təşkilati və logistik məsələlər üzrə məruzələr təqdim olundu, qarşıdakı vəzifələr müəyyənləşdirildi.

Ölkəmizdə növbəti nəhəng beynəlxalq tədbir – WUF13-ün yüksək səviyyədə təşkili üçün sistemli və ardıcıl fəaliyyət davam etdirilir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
icma.az

1Mənbələr