ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
“Sumqayıt” futbol komandasının qış təlim-məşq toplanışını keçirəcəyi ölkə müəyyənləşib.
Klubdan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, “kimyaçılar” mövsümün ikinci hissəsinə Türkiyənin Antalya şəhərində hazırlaşacaq.
Qardaş ölkədə toplanışın dəqiq tarixləri isə hələlik müəyyənləşdirilməyib. Komandanın yoxlama oyunlarındakı rəqibləri barədə informasiya daha sonra açıqlanacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.